Paytaxtda qətl hadisəsi: Ürəyindən bıçaqlandı 10-01-2021, 02:08 Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.Teref.az xəbər verir ki, hadisə 8-ci kilometr bazarının yaxınlığında qeydə alınıb.1979-cu il təvəllüdlü Səfərov İmran Mustafa oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. O, ürəyindən bıçaq xəsarəti alaraq hadisə yerində keçinib.Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. /APA Facebook-da paylaş