Ermənistan daha 11 əsgərin meyitini tapıb

12-01-2021, 05:37           
Ermənistan daha 11 əsgərin meyitini tapıb
Ermənistan Qarabağda daha 11 əsgərinin cəsədini tapdığını açıqlayıb.

Yeniavaz.com erməni KİV-ə istinadən xəbər verir ki, tapılan hərbçilərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Cəsədlərdən DNT testi götürüləcək.

13 noyabr tarixində başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində Ermənistan tərəfi bu günə kimi Qarabağdan 1222 hərbçisinin cəsədini, 9 nəfəri isə canlı tapıb. Həmin 9 nəfərdən 2-si mülki şəxs, 7 nəfəri isə hərbçi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru