Mingəçevirdə ağır yol qəzası olub, yaralılar var

12-01-2021, 07:29           
Mingəçevirdə ağır yol qəzası olub, yaralılar var
Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə gecə saatlarında Naxçıvan küçəsində qeydə alınıb. Energetik yaşayış massivindən şəhər mərkəzi istiqamətində hərəkət edən "Opel" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb və aşaraq yaxınlıqdakı yaşayış evinin divarına dəyib. Qəza zamanı sürücü və iki sərnişin xəsarət alıb. Hər üç yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru