Azərbaycanda son sutkada 1276 nəfər COVID-19-dan sağalıb, 519 nəfər yoluxub, 15 nəfər vəfat edib
12-01-2021, 18:13
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 519 yeni yoluxma faktı qeydə alınıb, 1276 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.