SARS-CoV-2 koronavirus peyvəndinin ilk partiyası Azərbaycana daxil olub. Xəbəri “Sputnik Azərbaycan” yayıb. Nəşrin mənbəsinə görə, Çin istehsalçısı SinoVac-dan sifariş edilən peyvənd ölkəyə gətirilib. O da bildirilir ki, ilk mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı vətəndaşlar koronavirus peyvəndi alacaqlar.