Təyyarənin tapılan qara qutusu nümayiş etdirildi - Foto

13-01-2021, 02:31           
Təyyarənin tapılan qara qutusu nümayiş etdirildi - Foto
Yanvarın 9-da İndoneziyada naməlum şəraitdə qəzaya uğrayaraq Yava dənizinə düşən təyyarənin tapılan qara qutularından biri nümayiş etdirilib.

Axar.az xəbər verir ki, qara qutunu ölkənin nəqliyyat naziri Budi Karya Sumadi yanvarın 12-də təşkil edilən mətbuat konfransında göstərib.

“Ümid edirik ki, axtarışa cəlb edilən qurumların birgə əməkdaşlığı pilotların kabinəsində yerləşən digər qara qutunu (CVR), həmçinin sərnişinlərin cəsədlərini və təyyarənin digər hissələrini tapmağa kömək edəcək”, - Sumadi bildirib.

Qeyd edək ki, təyyarənin qara qutularından hətta ikisinin tapıldığı barədə 10 yanvarda məlumat yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru