İndoneziyada zəlzələ olub, ölənlər və xəsarət alanlar var

15-01-2021, 04:58           
İndoneziyada zəlzələ olub, ölənlər və xəsarət alanlar var
İndoneziyada baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Detik" portalı ölkənin Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, zəlzələ zamanı həmçinin 24 nəfər xəsarət alıb. Təbii hadisə ilə əlaqədar təxminən 2 000 nəfər evlərini tərk etməyə məcbur olub. Zəlzələ yerli qubernatorun ofisi də daxil olmaqla, 60-dan çox binanın dağılmasına səbəb olub. Yeraltı təkanlar həmçinin bir neçə torpaq sürüşməsinə yol açıb.

Avropa-Aralıq dənizi Seysmoloji mərkəzi bildirib ki, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 kilometr şimal-qərbdə, zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.