Şabranda ata oğlunu güllələyib

15-01-2021, 11:08           
Şabranda ata oğlunu güllələyib
Şabran rayonunda güllələnmə faktı baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Pirəmsən kəndində qeydə alınıb. Həmin kənddə yaşayan Teyyub Məmmədovun oğlu Ürfan Məmmədov arasında mübahisə düşüb. Mübahisə zəminində ata oğlunu qorxutmaq məqsədilə həyətdə olan vaqona atəş açıb. Güllə vaqona dəyəndən sonra qəlpələrdən bir neçəsi 37 yaşlı Ürfana dəyib. Sol gözünün qaş nahiyəsindən xəsarət alan Ü. Məmmədov Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti yaxşıdır.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru