Gürcüstanda müsəlman-xristian davası...

16-01-2021, 00:27           
Gürcüstanda müsəlman-xristian davası...
Gürcüstanın qərbində, Buknari kəndində bir müddət əvvəl qarşıdurma yaşamış müsəlman və xristian icmaları arasında barışıq əldə edilib.

Axar.az xəbər verir ki, razılaşma hökumətin təşəbbüsü ilə əldə edilib.

“Tərəflər qucaqlaşdılar, əl sıxışdılar və bu da Gürcüstanın istənilən bölgəsi üçün əlamətdardır. Bu, tariximizin uğurudur”, - deyə Gürcüstan parlamentinin deputatı Nino Çilosani deyib.

Qeyd edək ki, iki gün öncə sözügedən kənddə müsəlmanlar evlərdən birində cümə namazı üçün ibadət otağı yaratmaq istəyiblər. Bundan sonra kənddə məscid inşa ediləcəyi ilə bağlı şayiələr yayılıb və bu da xristian sakinlərin narazılığa səbəb olub. İki gün öncə isə tərəflər arasında məhz bu səbəbdən kütləvi qarşıdurma yaşanıb. Hətta kənd sakinlərindən ağır xəsarət alanların olduğu və xəstəxanaya yerləşdirildiyi bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru