Bakıda daha bir İNTİHAR - qadın binanın damından özünü atıb
22-02-2021, 19:10
Bakıda intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb. 35-40 yaşlarında naməlum qadın qəsəbə ərazisində yerləşən çoxmərtəbəli binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerində ölüb.