Azərbaycanda 87 yaşlı qadın diri-diri yandı

25-02-2021, 18:08           
Azərbaycanda 87 yaşlı qadın diri-diri yandı
Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Savash.org-un xəbərinə görə, hadisə bu gün saat 15 radələrində rayonun Kürdşaban kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Muradova Elnarə Cəfər qızına məxsus ümumi sahəsi 110 kvadratmetr olan iki otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Nəticədə ev içərisindəki əşyaları ilə birlikdə yanıb.

Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb və yanğın söndürülüb.

Yanğın kəşfiyyatı zamanı orada yaşayan, 87 yaşlı Mahmudova Badam Ağası qızının yanmış meyiti tapılıb.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru