Bakıda daha bir müəllim koronavirusdan dünyasını dəyişdi

17-04-2021, 21:14           
Bakıda daha bir müəllim koronavirusdan dünyasını dəyişdi
Bakıda 286 nömrəli tam orta məktəbin müəllimi koronavirusdan vəfat edib.

Teref.az xəbər verir ki, təhsil müəssisəsinin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Qayıbova 56 yaşında dünyasını dəyişib.

Məlumata görə, İ.Qayıbova bir müddət əvvəl koronavirusa yoluxub və onun digər yanaşı xəstəliyi də olub.

Qeyd edək ki, İ.Qayıbova uzun müddətdir 286 nömrəli tam orta məktəbdə müəllim vəzifəsində çalışırdı. O, pedaqoji fəaliyyətə 1986-cı ildən başlayıb.(report.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru