Sumqayıtda 210 nəfərin yaşadığı yataqxanada partlayış baş verib

19-04-2021, 22:37           
Sumqayıtda 210 nəfərin yaşadığı yataqxanada partlayış baş verib
22-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxana 60 il əvvəl tikilib. Hazırda həmin qəzalı vəziyyətdə olan yataqxanada 210 sakin yaşayır.

Bu gün Sumqayıt şəhərində güclü partlayış baş verib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. Mənzillərdən birinin hamam otağında qeydə alınan hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.

Ağır yanıq xəsarətləri alan Emral Xasiyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal Bakı şəhər 5 saylı Yanıq Mərkəzinə göndərilib.

Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 22-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxana 60 il əvvəl tikilib.

Hazırda həmin qəzalı vəziyyətdə olan yataqxanada 210 sakin yaşayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.