​Kişinin mədəsindən telefon çıxarıldı - ŞOK ƏMƏLİYYAT (FOTO)

6-09-2021, 00:02           
​Kişinin mədəsindən telefon çıxarıldı -
Kosovanın paytaxtı Priştinada qəribə tibbi əməliyyat baş tutub.

Axar.az xəbər verir ki, cərrahlar 33 yaşlı kişinin mədəsindən “Nokio 3310” markalı mobil telefon çıxarıblar.

Baş cərrah Skender Telyaju əməliyyatın mədə yarılmadan, endoskopiya cihazı vasitəsilə uğurla baş tutduğunu bildirib.

Onun sözlərinə görə, telefondakı ən təhlükəli predmet batareyadır. Belə ki, oradan qaynaqlanan kimyəvi maddələr insanın səhhəti üçün ciddi problemlər yarada bilər.

Qeyd edək ki, mobil telefon 4 gün xəstənin mədəsində qalıb. Kəskin ağrıladan sonra kişi həkimə müraciət edib. Onun hansı şəraitdə mobil cihazı udduğu məlum deyil.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru