Nyu Yorkdakı atışmada 7 nəfər yaralanıb 6-09-2021, 07:35 ABŞ-ın şəhəri Nyu Yorkda fərqli vaxtlarda 3 atışma baş verib."Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.Nyu-Yorkun Bronks bölgəsindəki üç fərqli atışmada 7 nəfər yaralanıb.Nyu-York polisinin verdiyi məlumata görə, yaralıların hamısı xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətləri stabildir. Facebook-da paylaş