Onların meyitləri çıxarılıb və aidiyyəti üzrə təhvil verilib
Ağdaşda iki nəfər azyaşlı su kanalında boğulub. APA bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir.
Nazirliyin, "112" qaynar telefon xəttinə 06.09.2021-ci il tarixində Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan, 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.