İrəvanın ümumi yurisdiksiya məhkəməsi Ermənistanın keçmiş baş prokuroru Aqvan Hovsepyanı xüsusilə külli miqdarda rüşvət aldığını əsas gətirərək həbs edib. Yeniavaz.com xəbər veririr ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Hovsepyanın vəkilləri apelyasiya şikayəti verəcəklərini bildiriblər. Qeyd edək ki, Aqvan Hovsepyanın vəzifədə olduğu dövrlərdə 190 milyon dram (380 min dollar) məbləğində rüşvət almaq beləcə, büdcədən oğurladığı pulla birgə ümumilikdə dövlətə 2.6 milyon dollar zərər vurmaqda günahlandırılır. O, Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyəti dövründə ölkənin ən nüfuzlu məmurlarından biri sayılırdı.