Misirdə köpəkbalığı insana hücum edib

11-09-2021, 00:10           
Misirdə köpəkbalığı insana hücum edib
Misirin Aralıq dənizi sahillərində köpəkbalığı insana hücum edib.

Cebhe.info xəbər verir ki, bu barədə “Youm7” qəzeti yazıb.

Hadisə sahildən üç kilometr aralıqda, turistik bölgə olan Sidi Əbdürrəhman kəndi ərazisində baş verib. Köpəkbalığı 58 yaşlı kişiyə hücum edərək onun qolunu dişləyib.

Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib. Hadisədən sonra rəsmilər çimərliyə girişi bağlayıblar. Misirin Ətraf Mühit Nazirliyi araşdırmalara başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.