Boşandıqdan 6 ay sonra evlənib, yenidən boşandılar

11-09-2021, 09:46           
Boşandıqdan 6 ay sonra evlənib, yenidən boşandılar
Bakıda 15 il evli olan cütlük boşandıqdan 6 ay sonra yenidən evlənib, 1 il sonra təkrar boşanıblar.

“Kriminalqafqaz” xəbər verir ki, İradə Kamalova (şərti) və Xəlil Pənahov (şərti) birgə Xətai rayon məhkəməsinə müraciət edərək bu ilin fevral ayında daxil olduqları nikaha məhkəmə tərəfindən xitam verilməsin istəyiblər.

Məhkəmədə dindirilən İ.Kamalova bildirib ki, 2006-ci ildə X.Pənəhovla ailə qurub: “Bizim 2007-ci və 2010-cu ildə övladlarımız dünyaya gəldi. Münasibətlərimizdə problem olduğu üçün 2019-cu ilin avqust ayında boşandıq. Həmin vaxt uşaqlar mənimlə qaldı. 2020-ci ilin fevral ayında övladlarıma görə Xəlillə barışdım. Rəsmi olaraq yenidən nikaha daxil olduq. Lakin barışıq sonrası xasiyyətlərimizin hələ də uyğunlaşmadığını gördük və yenidən boşanmaq istəyirik”.

Hakim Aygün Həsənovanın sədirliyi ilə keçirilən məhkəmədə tərəflər arasındakı nikah təkrar pozulub və cütlük ikinci dəfə boşanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru