Gürcüstanda 22 yaşlı gənc silahlı insident zamanı 9 güllə yarası alıb

16-09-2021, 07:25           
Gürcüstanda 22 yaşlı gənc silahlı insident zamanı 9 güllə yarası alıb
Gürcüstanın paytaxtı Tbilisidə silahlı insident baş verib.

Cebhe.info xəbər verir ki, Anjapirdze küçəsində qeydə alınan atışma nəticəsində 22 yaşlı Gürcüstan vətəndaşı Nika Kvaratsxelia 9 güllə yarası alıb.

Xəstəxanaya yerləşdirildiyi bildirilən yaralının vəziyyəti ilə bağlı məlumat verilməyib.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.

Atışmanın iki nəfər arasında olduğu ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru