Mühazirəyə yatağı ilə gəldi - VİDEO

24-11-2021, 09:23           
Mühazirəyə yatağı ilə gəldi - VİDEO
Böyük Britaniyada Maqda adlı tələbə universitetdə mühazirəyə gəlmək üçün səhər doqquzda yatağından durmaq istəməyib.

Buna görə də yatağını auditoriyaya daşıyıb.

Qızın bununla bağlı videosu sosial şəbəkələrdə virus kimi yayılıb.

Britaniyalı üzərində yastıq, döşəküzü, yorğan olan matrası özü ilə auditoriyaya gətirərək partalardan birinin üzərinə qoyub. Daha sonra o yatağına üzanıb və üstünü yorğanla örtüb. Üstəlik, tələbə sanki evdəymiş kimi xalatda olub.

Bu mənzərəni müşahidə edən tələbələr şoka düşüblər. Müəllimin məsələyə necə yanaşması isə hələlik məlum deyil.


Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.