Özünü damdan atdı, qonşusunun üstünə düşdü - ANBAAN VİDEO
24-11-2021, 16:58
Kişi arvadına əsəbiləşərək özünü damdan atıb və qonşusunun üstünə düşüb.
Sonxeber.az-ın "DHA" agentliyinə istinadən məlumatına görə, hadisə Türkiyənin Adana şəhərində baş verib.
Belə ki, uşaqları ilə birlikdə evini tərk edən qadının həyat yoldaşı Əli İ. buna dözməyərək intihar etmək istəyib və üçmərtəbəli binanın damına çıxıb. Hadisəni görən qonşular dərhal polisə, təcili tibbi yardıma, eyni zamanda xilasetmə qruplarına xəbər veriblər. Müzakirə aparan polisin uzun müddət razı salmağa çalışdığı Əli İ. özünü damdan aşağı atıb və onu tutmaq istəyən qonşusu Ufuk A.-nın üzərinə düşüb. Hər iki qonşu yüngül xəsarət alıb.