Almaniya hökuməti bir qrup azərbaycanlını ölkədən çıxarır
25-11-2021, 16:27
Almaniya hökuməti yenə bir qrup azərbaycanlını deportasiyaya hazırlaşır. Bu barədə adıçəkilən ölkədə yaşayan soydaşlarımız deyib. Məlumata görə, polis bu gecə bir neçə azərbaycanlını qaldığı evdən zorla çıxararaq, deport kampına aparıb. Bu gün yaxud sabah Düsseldorfdan deport təyyarəsi qalxacaq.