Masallı Rayon Mərkəzi Xəstəxanasının oğurluqda şübhəli bilinən baş həkimi işdən çıxarılıb

26-11-2021, 00:03           
Masallı Rayon Mərkəzi Xəstəxanasının oğurluqda şübhəli bilinən baş həkimi işdən çıxarılıb
Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin baş həkimi vəzifəsini icra edən Rasim Əzizov tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Rasim Əzizov 2003-cü ildən bu ilin fevral ayına kimi Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. R.Əzizov bu ilin fevral ayından isə həmin xəstəxananın baş həkimi vəzifəsini icra edən kimi fəaliyyət göstərib.

Faktı Masallı Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi görüntüləri araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru