Rusiyada şaxtada baş verən qəza nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb

26-11-2021, 08:50           
Rusiyada şaxtada baş verən qəza nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb
Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 57-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə təcilli yardım xidmətlərindən bildiriblər.

Məlumata əsasən, axtarış-xilasetmə əməliyyatında iştirak edən mədən xilasediciləri də daxil olmaqla, ümumilikdə 57 nəfər xəsarət alıb.

Qəza faktı ilə bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 217-ci maddəsinin 2-ci hissəsi üzrə ("Ehtiyatsızlıqdan bir insanın ölümünə səbəb olan təhlükəli istehsal obyektləri üçün sənaye təhlükəsizliyi tələblərinin pozulması") cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru