Tovuzda ağır yol qəzası:

29-11-2021, 07:58           
Tovuzda ağır yol qəzası:
Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Fəxri Əfəndiyev dünyasını dəyişib.

Daha iki nəfər, digər avtomobilin sürücüsü Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova xəsarət alıb.

Qeyd edək ki, hadisə Tovuz rayon "Qala" adlanan ərazidə iki "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru