60 yaşlı qadın xadimə işlədiyi binada özünü öldürdü
3-12-2021, 17:43
Abşeronda intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Sevinc Sabir qızı Cavadova işlədiyi Qalubiyyə küçəsində yerləşən “Grant” MTK-ya məxsus 21 mərtəbəli binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.