“Omikron” “Google” işçilərini yenidən ofisdən uzaq saldı

4-12-2021, 08:49           
“Omikron” “Google” işçilərini yenidən ofisdən uzaq saldı
“Google” şirkəti koronavirusun “Omikron” ştammının yayılması ilə bağlı narahatlıqlar səbəbilə işçilərinin ABŞ-dakı ofislərinə qayıtmasını yenidən təxirə salıb.

Rəhbərlik işçilərə ünvanladığı məktubda ofis işlərinə tam qayıtmaq qərarına qiymət vermək üçün 2022-ci ilə qədər gözləmək lazım olduğunu bildirib.

Bildirilir ki, son zamanlar getdikcə daha çox işçi könüllü olaraq öz işlərinə qayıtmağa başlayıb. “Google”un ABŞ-dakı işçilərinin təxminən 40 faizi son bir neçə həftə ərzində şirkətin ofislərində işə qayıtmışdı.

Mənbə: “Bloomberg”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru