Meksikada yük maşını 15 avtomobilə çırpılıb 6-12-2021, 09:02 Meksikanın Koauila ştatında qoşqulu traktor 15 avtomobilin üzərinə çırpılıb.Trend-in məlumatına görə, ölkənin Milli Qvardiyası öz "Twitter" səhifəsində bildirib.Məlumata əsasən, hadisə Mateuala-Saltilyo magistral yolunda baş verib. Ən azı 5 nəfər ölüb, daha 15 nəfər yaralanıb.Hadisə yerinə bir neçə həkim və xilasedici briqadası gəlib. Magistral yolda nəqliyyatın hərəkəti bağlanıb. Facebook-da paylaş