Sankt-Peterburqda 128 ilin rekord şaxtası olub

6-12-2021, 12:25           
Sankt-Peterburqda 128 ilin rekord şaxtası olub
Rusiyanın Sankt-Peterburq şəhərində 20,9 dərəcə şaxta qeydə alınıb.

Trend-in məlumatına görə, bu göstərici 1893-cü ildən bəri qeydə alınan ən yüksək göstərici olub.

Bu barədə rusiyalı sinoptik Mixail Leus öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, 128 il əvvəl Sank-Peterburqda mənfi 20,5 dərəcə temperatur qeydə alınmışdı.

Bu gün ərzində şəhər ərazisində 18 dərəcəyədək şaxtanın olacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.