Qadınları aldadaraq Türkiyəyə aparan insan alverçisi tutulub

6-12-2021, 16:37           
Qadınları aldadaraq Türkiyəyə aparan insan alverçisi tutulub
Qadınları cinsi istismara məruz qoyan şəxs məhkum edilib

Teref.az Daxili İşlər Nazirliyinin (DİN) məlumatına istinadla bildirir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasında yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq Konya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Sabirabad rayon sakini Kəmalə Cəfərova tutulmuşdur.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Məhkəmənin hökmünə əsasən K.Cəfərova Cinayət Məcəlləsinin həmin maddələri ilə (İnsan alveri) təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.