İranda daşqınlar nəticəsində 6 nəfər ölüb

4-01-2022, 11:53           
İranda daşqınlar nəticəsində 6 nəfər ölüb
Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib.

P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonunda sel, daşqın, qar və çovğundan zərər çəkən 20,5 min nəfərə yardım edilib. 3,23 min nəfər müvəqqəti sığınacağa, 5 nəfər isə xəstəxanaya yerləşidirlib.



İranlı rəsmi bildirib ki, İranın 7 vilayətinin 61 rayonunda seldən zərər çəkənlərə yardımlar davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru