Haitidə 2 jurnalist qətlə yetirilib

7-01-2022, 10:19           
Haitidə 2 jurnalist qətlə yetirilib
Haitinin paytaxtında 2 jurnalist silahlı qruplaşma tərəfindən qətlə yetirilib.

SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərin əməkdaşlıq etdiyi media qurumları məlumat verib. “Radio Ecoute FM”in əməkdaşları Vilqen Lusen və Amadi Con Vesley şəhər ətrafındakı məhəllələrdən birində güllələnib. Onlarla birlikdə olan üçüncü jurnalist qaça bilib.

Haiti ordusunun və polisin təchizatı pis olduğu üçün silahlı qruplaşmalara qarşı mübarizə apara bilmir. Polisin 2 ay əvvəl paytaxtın kriminal məhəllələrindən birinə qarşı keçirdiyi əməliyyatda 4 qanun keşikçisi öldürülüb. Onların meyitlərini bu günədək almaq mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru