Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin bacısı oğlu Samat Abiş Almatıda saxlanılıb.
TEREF.AZ xəbər verir ki, bu barədə “Orda.kz” Telegram kanalı məlumat yayıb.
Qeyd olunub ki, Samat Abiş iki saat əvvəl saxlanılıb.
Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də Samat Abişi ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini vəzifəsindən azad edib. O, 2015-ci ildən bu postda çalışıb.