Kolorado meşə yanğınlarının vurduğu maddi zərər məlum oldu

8-01-2022, 09:23           
Kolorado meşə yanğınlarının vurduğu maddi zərər məlum oldu
ABŞ-ın Kolorado ştatında baş verən meşə yanğınları bölgəyə 513 milyon dollar ziyan vurub.

Hadisə nəticəsində 1100-ə yaxın ev məhv edilib.


Alov təxminən 24 kvadrat kilometr ərazini əhatə edib.

Fəlakət Koloradonun paytaxtı Denver və Boulder arasındakı bütün şəhərətrafı əraziləri viran qoyub.

Yanğın nəticəsində iki nəfər itkin düşmüş hesab edilir.

Yanğının səbəbləri hələ müəyyən edilməyib. Yanğınlardan əvvəl uzun və şiddətli quraqlıq hökm sürüb.

Xatırladaq ki, alovun yayılması qarın yağması ilə dayandırılıb. Lakin qarın tıxanması xilasetmə işlərinin aparılmasını və dəymiş ziyanın qiymətləndirilməsini çətinləşdirib.

Mənbə: unian.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru