Belçikada peyvənd əleyhinə olan həkimlər işdən çıxarıldı

8-01-2022, 10:07           
Belçikada peyvənd əleyhinə olan həkimlər işdən çıxarıldı
Belçika Tibb Assosiasiyası xəstələrin və digər həkimlərin şikayətlərindən sonra peyvənd əleyhinə olan həkimlərin fəaliyyətini dayandırıb.

Həmkarlar İttifaqı 15 həkimin bir aydan iki ilə qədər müddətə işdən çıxarılmasına, bəzi həkimlərə isə töhmət verilməsinə qərar verib.

Qərarda tibbi etik qaydaların nəzərə alındığı və “həkimlərin peyvəndlərin tövsiyə və təbliğində aparıcı rol oynayaraq öz mənəvi borclarını yerinə yetirmələri” vurğulanıb.

Həmçinin qeyd olunub ki, həkimlər elmə zidd olan məlumatların yayılmasına qarşı olmalıdırlar.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru