Qazaxıstandakı atışmalarda daha bir uşaq öldürüldü - YENİLƏNİB

8-01-2022, 17:51           
Qazaxıstandakı atışmalarda daha bir uşaq öldürüldü - YENİLƏNİB
Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı daha bir uşaq həlak olub. Bu barədə dörd yaşlı qızın şəhər meyitxanasında növbəyə duran atası məlumat verib.

Aydos Meldıxan bildirib ki, qızı Korkemay yanvarın 6-da axşam saatlarında həyatını itirib.

Qızların qohumları onu və iki qardaşını cümə axşamı günü ərzaq almaq üçün maşınla aparıblar. Onlar şəhərin mərkəzindən keçəndə atışma olub və güllələr maşına dəyib. Nəticədə başından güllə yarası alan Korkemay dünyasını dəyişib, daha iki uşaq isə yaralanıb. ( ORDA)

14:03

Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı bir uşaq güllə yarasından ölüb, bir yeniyetmə isə yaralanıb. Bu barədə Qazaxıstanın Uşaq Hüquqları üzrə Ombudsmanının mətbuat xidməti məlumat yayıb.

Uşaq hüquqları üzrə ombudsman Aruzhan Sainin sözlərinə görə, yanvarın 5-də Almatıda valideynləri ilə gəzən on bir yaşlı uşaq güllə yarasından həlak olub.

Qeyd olunur ki, yanvarın 7-də 15 yaşlı yeniyetmə ağır güllə yaraları ilə Almatıdakı uşaq xəstəxanalarından birinə aparılıb, həkimlər onun həyatı üçün mübarizə aparır. Yeniyetmə atası ilə birlikdə maşında gedən zaman onların avtomobilinə atəş açılıb. ( TASS)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru