Çində tibb mərkəzində yanğın: Çox sayda ölü və yaralı var
9-01-2022, 10:24
Çinin Hunan əyalətinin Henyan şəhərindəki tibb mərkəzində baş verən yanğın nəticəsində azı 5 nəfər ölüb.
İlkin məlumatlara görə, hadisə zamanı tibb məntəqəsində 19 nəfər olub. Onlardan 14-ü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yanğının baş vermə səbəbi ilə bağlı hələlik məlumat verilmir.
Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.