ABŞ-ın Los-Anceles şəhərində təyyarə qatarla toqquşub.
“Qafqazinfo” xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə dəmiryolu reslərinin üzərinə qəza enişi edib. Bu zaman yaxınlaşan qatar onunla toqquşub.
Xoşbəxtlikdən, qatarla toqquşmaya qədər xilasedicilər təyyarənin pilotunu təxliyyə edə biliblər. O yüngül xəsarətlər alıb.