Ötən il COVID-ə yoluxan qadınların dünyaya gətirdiyi 7 körpə ölüb

11-01-2022, 12:05           
Ötən il COVID-ə yoluxan qadınların dünyaya gətirdiyi 7 körpə ölüb
Son bir ildə Kliniki Tibbi Mərkəzə COVID-19-a yoluxan hamilələrin dünyaya gətirdiyi körpələrdən 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən vəfat edib.
Mərkəzdən AzVision.az -a verilən məlumata görə, hazırda hamilələrin digərləri ilə müqayisədə COVID-19-a yoluxma şanslarının daha yüksək olub-olmadığı və ya daha ağır keçirib-keçirmədikləri məlum deyil: "Hamilə qadınların yaşadıqları fizioloji dəyişikliklər onların bəzi infeksiyalara yoluxma risklərini artıra bilər. COVID-19 tipli eyni növdən olan viruslara və ya qrip kimi digər tənəffüs yoluxucu infeksiyalara yoluxmuş qadınlarda xəstəliyin ağırlaşma riski daha yüksəkdir. Buna görə də hamilə qadınların həmişə özlərini xəstəliklərdən qorumaları şərtdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru