Abşeronda dəhşət: Qadın döyülərək öldürüldü, meyitinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

12-01-2022, 00:09           
Abşeronda dəhşət: Qadın döyülərək öldürüldü, meyitinin
Abşeron rayonunda qadın döyülərək qətlə yetirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 10-da Abşeron rayonu Fatmayi kəndi ərazisində üzərində bıçaq xəsarətləri olan qadın meyiti tapılıb:

“Qadının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə onun 34 yaşlı Cəlilabad rayon sakini Yenigül Rəhimli olması müəyyən edilib”.

Qeyd edilib ki, qətli törədənin tapılması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru