“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Lökbatan qəsəbəsində 1981-ci il təvəllüdlü Namiq Əliyev özünə bıçaq xəsarəti yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.