Ermənistan sülhməramlı qoşunlarının komandanı işdən çıxarılıb

12-01-2022, 12:26           
Ermənistan sülhməramlı qoşunlarının komandanı işdən çıxarılıb
Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı qoşunlarının komandanı general-mayor Artak Tonoyan işdən çıxarılıb. TEREF.AZ “Report”a istinadən xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, onun yerinə əvvəllər Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsində işləmiş daha gənc hərbçi təyin edilib. Bildirilib ki, müdafiə naziri Suren Papikyan A. Tonoyana yeni vəzifə təklif edib.

Məqalədə qeyd olunub ki, onun işdən azad edilməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərkibində Ermənistan sülhməramlılarının Qazaxıstana göndərilməsi dövrünə təsadüf edib.

“Artak Tonoyanın tutduğu vəzifədən kənarlaşdırılmasının Ermənistan sühməramlılarının Qazaxıstana göndərilməsi ilə əlaqəsinə əmin olmasaq da, Suren Papikyanın nazirliyin rəhbər heyətini dəyişməkdə davam edir”, - qəzet yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru