Bu ölkədə hər saatda 2 nəfər yol qəzasında ölür

12-01-2022, 13:04           
Bu ölkədə hər saatda 2 nəfər yol qəzasında ölür
İranda hər bir saatda 2 nəfər yol qəzasında həyatını itirir.

Teref.Az APA-ya istinadən bildirir ki, bunu İranın yol polisinin rəisi Seyid Kamal Hadanfər deyib.

O bildirib ki, İranda 37 milyon nəqliyyat vasitəsi, 44 milyon sürücü var: "Təəssüflə deməliyəm ki, ölkədəki qəzalarda ölənlərin 32 faizi sərnişinlərdir. Onlar təhlükəsizlik kəmərindən istifadə etmədikləri üçün həyatlarını itirir. Qəzalarda sürücülərin 25 faizi təqsirkardır. Qəzalarda ölənlərin 24 faizini motosiklet sürənlər, 19 faizini isə piyadalar təşkil edir".

O qeyd edib ki, ölkədə hər bir saatda qəzalar nəticəsində 20-25 nəfər yaralanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru