Xaçmazda ruhi xəstə olan oğul anasını baltalayıb öldürdü - CİNAYƏTİN DETALLARI - YENİLƏNİB
13-01-2022, 20:09
Xaçmazda 65 yaşlı anası Səmən Fətəli qızı Sultanovanı balta ilə qətlə yetirən oğul Ramiz Sultanov ruhi xəstə olub. 43 yaşlı Ramiz Sultanov uzun müddət Maştağadakı ruhi xəstəxanada yatdığı bildirilir.
Hadisədən sonra Ramiz Sultanov qaçıb. Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilir.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb.
***
Həkimlərin bütün səylərinə baxmayaraq Səmən Sultanova xəstəxanada vəfat edib.
****
Xaçmazda dəhşətli qətl hadisəsi törədilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Əzizli kənd sakini, 1956-ci il təvəllüdlü Sultanova Səmən Fətəli qızı oğlu Ramiz Sultanov tərəfindən baltalanıb. Müxtəlif bədən xəsarətləri alan yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda qadının vəziyyətinin ağır olduğu bildirilir.