Hindistanın Qərbi Benqal vilayətində Quvahati-Bikaner marşrutu ilə hərəkət edən sərnişin qatarı relslərdən çıxıb.
Xarici KİV-lərin yaydığı məlumata görə, qəza nəticəsində üç nəfər həyatını itirib. Qatarın ən azı dörd vaqonunun relsdən çıxdığı bildirilir. Hadisə yerinə çox sayda xiasedici və təcili tibbi yardım xidməti cəlb edilib.