Dağıstanda məscid yanıb

15-01-2022, 08:36           
Dağıstanda məscid yanıb
Dağıstanda təxminən 400 kvadratmetr sahəsi olan məscid yanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə mətbuat xidməti xəbər verib.

“112 sisteminə Xasavyurt rayonu, Axvax inzibati ərazi dairəsi ərazisində yerləşən Novaya Tsoloda kəndindəki məsciddə yanğın baş verməsi barədə məlumat daxil olub. Növbətçi heyət əraziyə gəldikdə artıq 375 kvadratlıq ərazi yanıb”, - deyə məlumatda bildirlib.

İnsident nəticəsində tələfat olmayıb. Məscid hadisə vaxtı boş olub və təxliyyə aparılmayıb. Yanğının səbəbi və dəymiş ziyan dəqiqləşdirilir.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru