Əfqanıstanın Tacikistanla sərhəddində güclü zəlzələ
15-01-2022, 08:34
Əfqanıstanın Tacikistanla sərhəd bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Bədəxşan vilayətinin İşkaşim şəhərindən təqribən 13 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 103 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. TASS