Həlak olan əsgərimiz 600-dən yüksək balla universitetə qəbul olubmuş

17-01-2022, 10:03           
Həlak olan əsgərimiz 600-dən yüksək balla universitetə qəbul olubmuş
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının ciddi şəkildə pozulması nəticəsində həlak olub.

Qadqaz.media-nın "unikal"a istinadən məlumatına görə, o, əslən Şəki şəhərindəndir. C.Məmmədlinin atası idman müəllimi olub, bir müddət öncə ürək əməliyyat olub. Əməliyyat olunduqdan sonra işləyə bilməyib. Əsgərimizin anası evdar qadın olub. 2 bacısı var. Onlar Türkiyədə təhsil alıblar.

Cavidan Məmmədli özü isə qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq universitetlərdən birinə qəbul olub. O, iyul ayında hərbi xidmətdən geri dönəcəkmiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru