Aralarında biri koronavirusa yoluxduğu üçün bütün işçilər ofisin içində qapadıldı

19-01-2022, 10:25           
Aralarında biri koronavirusa yoluxduğu üçün bütün işçilər ofisin içində qapadıldı
Pekində (Çin) ofis binasının qapısı işçilərlə birlikdə möhürlənib. Səbəb isə binada işləyən qadınlardan birində koronavirusun “Omikron” ştammı aşkarlanmasıdır.

Covid xidməti kilidlənmiş heyət üçün yataq dəsti gətirib. Binanın xaricində isə “Omikron”u müəyyən etmək üçün koronavirus testlərinin aparılması üçün çadırlar qurulub. İşçilər üçün karantin bir neçə gün davam edə bilər.

Məlumata görə, ciddi tədbirlərə səbəb qarşıdan gələn Qış Olimpiya Oyunlarıdır.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru